Gənc Tamaşaçılar Teatrında “III Riçard” tamaşasının premyerası olacaq

Gənc Tamaşaçılar Teatrında “III Riçard” tamaşasının premyerası olacaq
11:52 14 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 14 Yanvar 2015 11:48 ]


Bakı. Cavid Zeynallı – APA. Yanvarın 25-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında U.Şekspirin “III Riçard” tamaşasının premyerası olacaq. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşa U.Şekspirin anadan olmasının 450 illiyi münasibətilə səhnəyə qoyulub.

 

Səhnə əsərinin quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, baletmeysteri Rusiya Federasiyasının əməkdar incəsənət xadimi Sergey Qrisay, quruluşçu rəssamı Elşən Sərxanoğludur.

 

Səhnə əsərində əsas obrazları xalq artisti Ağaxan Salmanlı, əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Gülər Nəbiyeva, Qəmər Məmmədova, Leyli Vəliyeva, Nəsibə Eldarova, Rahib Əliyev, Vahid Əliyev və başqaları ifa edəcəklər. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR