Məşhur müğənni Demet Akalın ötən gün Haliç Konqres Mərkəzində heyranları ilə görüş təşkil edib.
Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, gecənin açılışını “Kulüp” mahnısı ilə edən Akalın konsertin ortalarına doğru evlənməyə hazırlaşan cütlüyü səhnəyə dəvət edib. Məşhur müğənni səhnədə evlilik təklifi alan heyranına toy hədiyyəsi olaraq ona hədiyyə verilmiş 17 min manat dəyərindəki brilyant üzüyü hədiyyə edib.
Akalın bu böyük hədiyyəni sosial media hesabında paylaşmağı da unutmayıb. “İnstagram” hesabında üzüklə çəkdiyi fotosunu paylaşaraq “hədiyyə gələn brilyant üzüyümü hədiyyə edərək bir cütlüyün sevincinə səbəb olduq. Sevgililər gününü gözləyin, üzük almayan bəyləri yazın” sözlərini yazıb.

