"Fənərbaxça" heyətinə daha bir futbolçu qatıb.Milli.Az qol.az-a istinadən xəbər verir ki, İstanbul klubu İtaliya təmsilçisi "Empoli"dən Mixa Zaytsın keçidini həll edib. Artıq Türkiyədə olan sloveniyalı yarımmüdafiəçi tibbi müayinədən sonra 4 illik müqaviləyə imza atacaq.Qeyd edək ki, "Fənərbaxça" bu keçid üçün "Empoli"yə 3 milyon avro və hazırda bu komandada icarə əsasında çıxış edən Salih Uçanı verib.Milli.Az