Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Hande Harmancı bu gün keçirilən mətbuat konfransında A (H1N1) virusundan qorunmağın yollarını açıqlayıb.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, qripdən ən yaxşı müdafiə yüksək risk altındakı qruplar arasında peyvəndin aparılmasıdır. Bura 65 yaşdan yuxarı olan insanlar, 5 yaşdan aşağı uşaqlar, xroniki xəstəlikləri olan şəxslər, hamilə qadınlar və səhiyyə işçiləri daxildir.

H.Harmancı əlavə edib ki, fərdi qoruyucu tədbirlərlə özümüzü qripdən qoruya və qripin daha çox yayılmasının qarşısını ala bilərik. Bunun üçün əlləri müntəzəm olaraq sabunla yumaq, öskürən və ya asqıran zaman ağız burun nahiyəsini dəsmalla örtmək, xəstə insanlarla sıx əlaqədə olmamaq, göz, burun və ağıza toxunmaqdan qaçmaq lazımdır.

Aysel Yaqubqızı / Metbuat.az

"Bu "donuz qripi" yox, adi mövsümi qripdir" - Hande Harmancı