Azərbaycanda 16 nəfərdə A/H1N1 virusunun olması Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasında, eləcə də Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənib, amma bu "donuz qripi deyil, adi mövsümi qripdir".

Metbuat.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev mətbuat konfransında deyib. O bildirib ki, sözügedən virus aşkarlanmış 16 nəfər hazırda evlərindədir, hamısı sağlam vəziyyətdədirlər.

ÜST-ün Azərbaycan üzrə ofisinin proqram koordinatoru Cəvahir Süleymanova isə bildirib ki, həkimə müraciət edən xəstələrə həkim tərəfindən birbaşa qrip diaqnozunun qoyulması düzgün deyil:

A/H1N1 virusu aşkarlanmış 16 nəfər tam sağlam vəziyyətdədir:

"ÜST-nin, bütün ölkələrdə qrip viruslarına nəzarət edən qlobal nəzarət sistemi (GİSRS) mövcuddur. Ölkələrdə olan labaratoriyalar, həmçinin Azərbaycan, viruslara aid məlumatları həmin sistemə daxil edirlər. Yalnız laboratoriyada aparılmış müayinələrdən sonra xəstəyə qrip diaqnozu qoyula bilər".

Aysel Yaqubqızı / Metbuat.az

Foto: Müzəffər İsmayılov