“ICTnews” Elektron Xəbər Xidməti “news.un.org” saytına istinadən yazır ki, süni intellektlə bağlı bütün ixtiraların 50%-dən çoxu 2013-cü ildən sonra patentlənib.
Hazırda süni intellekt texnologiyaları üzrə ən böyük patent portfeli (8290 ixtira) ABŞ-ın “International Business Machines Corp” (IBM) şirkətinə məxsusdur. İkinci yeri tutan ABŞ-ın “Microsoft Corp” korporasiyasının aktivində 5930 ixtira var. İlk beşlikdə Yaponiyanın “Toshiba Corp”, Cənubi Koreyanın “Samsung Group” və Yaponiyanın “NEC Group” şirkətləri yerləşib.
Süni intellekt sahəsində hazırlamalar üçün patentlərin alınması tempinə görə liderlik edən 20 elmi təşkilatdan 17-si Çinin payına düşür.
Ekspertlər bildiriblər ki, son zamanlar robot texnikasında süni intellektdən istifadə üzrə patent sifarişlərinin sayı artıb.
Emil Hüseynov