"Report" xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi "İzvestiya"ya müsahibəsində bu qərarın sərt olduğunu deyib.
O, uzunmüddətli cəzaya görə təəccübləndiyini də söyləyib: "Hamımız onun üçün narahatıq. Onu hər döyüşdə dəstəkləyirik. Əminəm ki, bu cəza Həbibin ruhunu pozmayacaq və özünü hərkəsə göstərə biləcək".
Qeyd edək ki, UFC yanvarın 29-da Həbib Nurməhəmmədovu 9 aylıq diskvalifikasiya edib.