“Report”un xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, A.Adıgözəlovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı bəraət hökmü qüvvədə saxlanılıb.
İttiham aktına əsasən, ötən il avqustun 30-da Nizami rayonunda Mənzurə Kərimovaya qarşı quldurluq edilib. A.Adıgözəlov qadına hücum edib, əlində olan küt alətlə başına zərbələr endirib və qulağında olan qızıl sırğanın bir tayını götürərək hadisə yerindən qaçıb.
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.