Soyuq havalarda ayağınız ağrıyırsa...-

Bir çox insanlarda havanın kəskin soyuması zamanı ayaqlarda və əllərdə müxtəlif ağrılar olur. Buna meteohəssaslıq deyilir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, dünyada yaşayan qadınların yarısı və kişilərin 1/3 hissəsi meteohəssasdır.

Revmatizm, artroz, artrit, osteoxondroz kimi xəstəliklərdən əziyyət çəkənlər, keçmişdə sümük və ya oynaq travmaları alan insanlar havanın dəyişilməsinə xüsusilə həssas olur.

Həkim revmatoloq Rəşad Cəfərov Metbuat.az-a açıqlamasında deyib ki, normalda oynaq daxilində bir miqdar oynaq mayesi olur ki, soyuq havalarda onun miqdarında azalma baş verir. Bu normal haldır. Sadəcə oynaq problemi olanlarda bu daha artıq olduğu üçün ağrılar da çox olur.

Həkim əlavə edib ki, damar problemi olan insanlarda da ağrılar müşahidə edilə bilər.

Aysel Yaqubqızı / Metbuat.az

Xərçəngin yaranmasına mane olur, insult riskini azaldır - Həkim AÇIQLADI


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR