"18 illik ərimin belə bir pozğun olduğunu bilmirdim"

Türkiyədə Bolunun Yeniçağ rayonunda doğma qızı, 16 yaşlı D.D.ni cinsi istismara məruz qoyduğu iddiasıyla həbs olunan Dündar D. 30 il həbs cəzasına məhkum edilib.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, Bolu Yeniçağ rayonunda yaşayan 16 yaşlı D.D, atası Dündar D.nin ona qarşı cinsi təcavüz etdiyi iddiası ilə Respublika Prokurorluğuna müraciət edib.

D.D. İfadəsində, 5 ildir atasının onu həftədə 2-3 dəfə cinsi istismar etdiyini deyib.

Nəzarətə alınan və sorğusunda ittihamları qəbul etməyən Dündar D, həbs olunaraq həbsxanana qgöndərilib.

Son sözləri soruşulan müqəssir Dündar D. isə ittihamları qəbul etmədiyini ifadə edərək, bəraətini tələb edib.

Dündarın həyat yoldaşı 18 ildir evli olduğu kişinin bu qədər pozğun biri olduğunu bilmədiyini söyləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR