Qətər dövləti Ermənistanın Dohada fəaliyyətə başlayacaq
səfirliyinin maliyyə xərclərini üç il müddətinə qarşılamağı öz
üzərinə götürüb.
Publika.az xəbər verir ki, Ermənistanın Qətərdəki
səfirliyinin saxlanılması üçün illik xərc 192 584 dollardır. Bu
məbləğin 110 min dollarını üç il ərzində Qətər dövləti
ödəyəcək.
Qeyd edək ki, Ermənistanın xarici ölkələrdəki səfirliklərində
ixtisar aparılır.