“Ermənistan Qətərdə səfirlik açacaq. Kiçik bir mütləq monarxiyada, dünyanın ən böyük üçüncü böyük təbii qaz ehtiyatına sahib olan və adambaşına düşən ən yüksək gəlirlərdən birinə sahib olan kiçik bir monarxiyada. Burada təəccüblü bir şey yoxdur. Yalnız bunun niyə bu gün elan edildiyi maraqlıdır”.

Publika.az xəbər verir ki, bunu ermənistanlı jurnalist Ruben Gülmisaryan “Təsadüf? Ermənistanın Qətərdəki səfirliyi İsrailin Bakı üçün istehsal etdiyi PUA-lara cavabdır” adlı yeni analizində yazıb.

Qətər dövlətinin iqtisadi imkanlarına xüsusilə diqqət mərkəzinə çəkən jurnalist Ermənistanın bu əməkdaşlıqdan əldə edəcəyi faydaları da sadalayıb. Lakin səfirliyin açılması məsələsinin arxasında gizlənən əsl səbəblərə də yazısında yer verib.

Sözügedən məqaləni təqdim edirik:

“Ermənistanın Qətərdəki səfirliyinin açılması barədə qərar erməni hökumətinin iclasında təsdiq olundu. İndi bizim Fars körfəzində yerləşən kiçik əmirlikdə səfirliyimiz olacaq. O əmirlik ki, orada dünya miqyasında adambaşına düşən ən yüksək ortalama gəlir var və həmin əmirlik cəmi 2,5 milyon əhalinin yüksək həyat səviyyəsini təmin edir. Ölkə yaxşıdır, yalnız çox istidir. Yayda 50 dərəcə temperatur olur. Lakin həyat səviyyəsinin bu qədər yüksək olduğu ölkə üçün bu temperatur problem deyil. İstiliklə mübarizə mümkündür. Göründüyü kimi, ən zəngin ölkələrdə də müəyyən problemlər var.

Ermənistanın Qətərlə dostluq münasibətləri, bu ölkədəki yüksək həyat standartı və investisiya imkanları, son dövrdə artan Ermənistan-Qətər arasındakı ticarət dövriyyəsi, eləcə də Ermənistana gələn turist sayının nəzərə alınması ilə tərəflər Qətərdə səfirlik açılmasına dair razılığa gəliblər", - Ermənistan hökumətinin qətnaməsində qeyd olunub.

Əmirlik səfirliyin saxlanılması üçün lazım olan 2 milyon dollardan az vəsaitin böyük hissəsini öz öhdəsinə götürməklə cəsarətli bir jest etdi. Belə ki, Qətərdəki səfirliyinin saxlanılması üçün illik xərc 192 584 dollardır. Bu məbləğin 110 min dollarını üç il ərzində Qətər dövləti ödəyəcək. Bundan əlavə, səfirlik üçün məkan, bina və iki rəsmi avtomobil təmin ediləcək. Eyni zamanda, Qətər İrəvanda öz səfirliyini açmağa hazır olduğunu da elan edib.

Ermənilər QORXU İÇİNDƏ: Azərbaycan-İsrail dostluğuna qarşı bu müsəlman ölkəsini...

Müsəlman ölkəsindən Ermənistana BÖYÜK DƏSTƏK: üç il müddətində...