Bakıda şirniyyat evində ŞOK mənzərə:

Bakıda şirniyyat mağazalarının birində iyrənc görüntülər qeydə alınıb.

Metbuat.az xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülər paytaxtda yerləşən şirniyyat mağazalarının birində lentə alınıb. Görüntülərdə şirniyyat evində sanitar və gigiyenik qaydalara əməl olunmadığı, şirniyyatların üzərində siçovulun gəzdiyi əks olunub.

Həmin görüntüləri təqdim edirik:


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi adı çəkilən video ilə bağlı araşdırmalara başlayıb. Qurumdan Metbuat.az-a bildirilib ki, araşdırmalar nəticəsində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək. Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.

"Belə hallarla qarşılaşdıqda Agentliyin 1003 qaynar xəttinə zəng edib məlumat versinlər. Məlumatda videonun çəkildiyi tarix, məkan və müəssisənin adını qeyd etsinlər. Müraciətdən dərhal sonra Agentliyin əməkdaşları tərəfindən araşdırmalara başlanıb qanuna müvafiq tədbirlər görüləcək"- deyə qurumdan bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR