Serial çəkilişində tanış olub, qısa müddət içində evlənən müğənni Alişan və aktrisa Buse Varol cütlüyünün ilk körpəsi dünyaya gəlib.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, hamilə olduğu müddətdə sosial mediada tez-tez paylaşımlar edən Buse Varol Burak adını qoyduğu körpəsini keysəriyyə əməliyyatı ilə dünyaya gətirib. Doğum zamanı müğənni Alişan həyat yoldaşını yalnız buraxmayıb. Buse Varol “İnstagram” hesabında paylaşım edərək ona dəstək olan həyat yoldaşına təşəkkür edib.

Həkim körpənin və ananın vəziyyətinin noral olduğunu bildirib.

Məşhur cütlüyün ilk körpəsi dünyaya gəldi

Məşhur cütlüyün ilk körpəsi dünyaya gəldi


http://metbuat-az.com/news/1126935/metrlerle-yuxar...