Azərbaycan şirkətləri ixraca dair müqavilələr imzalayıblar

Azərbaycan şirkətləri ixraca dair müqavilələr imzalayıblar
21:12 13 Fevral 2019
105 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ Moskvada keçirilən “Prodexpo 2019” beynəlxalq ərzaq sərgisində iştirak edən Azərbaycan şirkətləri ilə xarici tərəfdaşları arasında aparılan müzakirələrin nəticəsi olaraq Azərbaycan məhsullarının ixracına dair bir sıra razılıqlar əldə olunub.
İqtisadiyyat Nazirliyindən “Report”a verilən məlumata görə, Azərbaycanın “Azhazelnut” şirkəti 21 ton fındığın, “A+Co” şirkəti isə 20 ton şərabın Rusiyaya ixracına dair müqavilələr imzalayıblar. “Cəlilabad Şərab-2” şirkəti isə iki Rusiya şirkəti arasında 100 min şüşə şərabın ixracına dair razılıq əldə olunub.
Bundan başqa, Azərbaycanın “Gilan Agro and FMCG Group” şirkəti konserv məhsullarının, “Cuve” şirkəti fındığın, “Aznar” şirkəti nar şirəsinin, “D fruits” şirkəti konservləşdirilmiş meyvə və meyvə qurularının, “Tac” şirkəti sərinləşdirici içkilərin, “Buta Agro” şirkəti isə istehsal etdiyi meyvə və tərəvəzin Rusiyaya ixracına dair razılığa gəliblər.
“Prodexpo 2019” beynəlxalq ərzaq sərgisi fevralın 15-nə kimi davam edəcək.




Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycan-sirketleri-ixraca-dair-muqavileler-imzalayiblar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR