"France Football" jurnalı Lev Yaşini futbol tarixinin ən yaxşı qapıçısı adlandırıb

"France Football" jurnalı Lev Yaşini futbol tarixinin ən yaxşı qapıçısı adlandırıb
08:55 14 Fevral 2019
40 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Fransanın "France Football" jurnalı Lev Yaşini futbol tarixinin ən yaxşı qapıçısı adlandırıb.

Trend-in məlumatına görə, ilk onluqda Moskvanın "Dinamo" klubunun və SSRİ yığmasının qapıçısı L.Yaşindən əlavə Qordon Benks (İngiltərə), Dino Dzoff (İtaliya), Canluici Buffon (İtaliya), Manuel Noyer (Almaniya), Peter Şmexel (Danimarka), Zepp Mayer (Almaniya), İker Kasilyas (İspaniya), Edvin van der Sar (Niderland) və Piter Şılton (İngiltərə) yer alıblar.

Lev Yaşin (1929-1990) Beynəlxalq Futbol Federasiyasının versiyasına görə XX əsrin ən yaxşı qapıçısı sayılır. L.Yaşin 1950-1971-ci illərdə Moskvanın "Dinamo" klubunda çıxış edib və 5 dəfə SSRİ çempionatının qalibi olub. SSRİ yığmasında 1954-1967-ci illərdə 74 oyun keçirib və 1956-cı ildə Olimpiya çempionu, 1960-cı ildə Avropa Çempionatının qalibi və 1965-cü ildə qitə birinciliyinin "gümüş" medalçısı olub.

L.Yaşin 3 dəfə Dünya Çempionatının final mərhələsini oynayıb (1958, 1962, 1966). 1963-cü ildə Avropanın ən yaxşısı qapıçısı adına layiq görülüb və "Qızıl top" mükafatını alıb ("France Football" jurnalının baş redaktoru Qabriel Ano tərəfindən 1956-cı ildə yaradılmış futbolda fərdi mükafat). Hazırda Lev Yaşin bu mükafatı almış yeganə qapıçıdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3019212.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR