Ərdoğan-Putin görüşü: İLK AÇIQLAMALAR

Ərdoğan-Putin görüşü: İLK AÇIQLAMALAR
15:38 14 Fevral 2019
73 Digər
Ölkə mətbuatı
A- A+

Astana formatı çərçivəsində keçirilən görüşdə iştirak üçün Rusiyanın Soçi şəhərində olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə rusiyalı həmkarı Vladimir Putin arasında görüş keçirilib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Ərdoğan ABŞ-ın Suriyadan çəkilmə qərarını qarşıdakı ən böyük testlərdən biri adlandırıb.

Onun sözlərinə görə, qərarın necə həyata keçiriləcəyinə dair qeyri-müəyyənliklər hələ qalır.

“Bu yeni vəziyyət qarşısında birgə işləmək çox vacibdir. İstər PYD/YPG, istərsə də İŞİD – bütün terror növlərinin aradan qaldırılmasına yönəldilmiş bir hərəkət tərzini mənimsəməliyik. Suriyanın ərazi bütövlüyü Fəratın şərqi PYD-dən təmizləmədən əldə edilə bilməz”, - Türkiyə prezidenti bildirib.

Rusiya lideri isə Türkiyə ilə birlikdə Suriyada tərəflər arasındakı dialoqda irəliləyiş əldə edəcəklərinə əmin olduğunu deyib. Onun sözlərinə görə, Suriyadakı məqsədlərə aktiv, hərtərəfli iş və konsensus vasitəsilə çatmaq mümkündür.

Qeyd edək ki, Türkiyə, Rusiya və İran liderlərinin üçtərəfli görüşündən sonra ortaq mətbuat konfransı keçiriləcək.

Ömər


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/269592.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR