Yeni hazırlanan “Peşə birlikləri haqqında” qanun layihəsinin mahiyyəti açıqlanıb

Yeni hazırlanan “Peşə birlikləri haqqında” qanun layihəsinin mahiyyəti açıqlanıb
15:57 14 Fevral 2019
83 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ Yeni hazırlanmış “Peşə birlikləri haqqında” qanun layihəsi peşə birliklərinin statusunu, yaradılması və fəaliyyəti qaydasını müəyyən edir.
“Report” xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında qanun layihəsinin müzakirəsi zamanı deputat Azay Quliyev deyib.
O bildirib ki, qanun layihəsi müvafiq sahələr üzrə peşələrin inkişafını, peşə sahiblərinin qanuni maraqlarının qorunmasını təmin edir, peşə birliyi, onun üzvləri və üzvlərin mallarının (işlərinin, xidmətlərinin) istehlakçıları arasında yaranan münasibətləri tənzimləyir: “Qanun layihəsi 4 fəsil, 17 maddədən ibarətdir. Peşə birlikləri ilə bağlı fəaliyyət var. Sadəcə, mövcud ictimai münasibətlər qanunvericilik çərçivəsində tənzimlənmir. Bunu qanun formasına salıb təqdim etməyə ehtiyac var idi və biz bunu etdik. Bu qanun layihəsi həm dövlətin, həm də peşə birliklərinin maraqlarına uyğundur”.

Xəbərin orijinal ünvanı: https://report.az/milli-meclis/pese-birlikleri-haqqinda-qanun-layihesinin-mahiyyeti-aciqlandi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR