26 il qarnında 15 santimetrlik iynə ilə yaşadı

Türkiyənin Konya şəhərində bədəninə batan iynə ilə 26 il yaşayan 3 uşaq anası qadın əməliyyat olunaraq ağrılarından xilas olub.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, 15 yaşında olarkən qarın ağrısı və hərarət şikayəti ilə xəstəxanaya yerləşdirilən qadın qarnında 15 santimetrlik iynə olduğunu öyrənib. Əməliyyatla iynəni qadının bədənindən çıxarmaq istəsələr də iynənin bədəndə yerini dəyişdirməsi ilə uğursuzluqla nəticələnmişdi.

Vaxt keçdikcə xəstənin həyatına təsir edən iynənin sağ böyrəyə yaxın bir yerdə incə və qalın bağırsaq arasında durduğu müəyyən edilib. 15 santimetr uzunluğundakı iynəni çıxarmaq üçün əməliyyata girən həkimlərdigər orqanlara zərər vermədən cismi xəstənin bədəninən çıxara biliblər.



https://metbuat.az/news/1128841/esrler-sonra-tarix...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR