"Report xəbər verir ki, bu barədə Ukrayna təmsilçisinin mətbuat katibi Sergey Martınov "Championat.com" nəşrinə məlumat verib.
O, 29 yaşlı hücumçunun özünü Moldova vətəndaşı kimi təqdim etdiyini bildirib: "Oyunçunun keçidi Moldova Respublikasının pasportu ilə qeydə alınıb. Bu baxımdan pis bir şey olmamalı, buna görə də bu mövzunu genişləndirməməlisiniz".
Qeyd edək ki, Vasili Pavlov 2014-cü ildən sonra Ukrayna klubuna keçən ilk rusiyalı olub. O, son olaraq Latviyanın "Ventspils" komandasında çıxış edib. 2014-cu il fevralında Sergey Karetnik Rusiyanın "Kuban-2" komandasından Ukrayna "Metallurq" (Donetsk) klubuna keçib.