Azərbaycan Məmmədyarov və Rəcəbovsuz qaldı

Azərbaycan Məmmədyarov və Rəcəbovsuz qaldı
17:18 15 Fevral 2019
89 İdman
Ölkə mətbuatı
A- A+

Martın 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində kişilər və qadınlar arasında Komanda Dünya Çempionatları start götürəcək.

Publika.az xəbər verir ki, ölkəmizi mundialda təmsil edəcək kişilərdən ibarət yığma komandamızın heyəti açıqlanıb.

Yığma komandamız Dünya Çempionatına heç də optimal heyyətlə yollanmaycaq. Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, ölkəmizi dünya çempionatında kapitan Cahangir Ağarəhimovun rəhbərliyi altında Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Nicat Abbasov təmsil edəcəklər. Son illər yığmamızın əsas heyət oyunçuları sayılan Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov isə FIDE-nin "Qran-Pri" seriyasına hazırlıqları ilə əlaqədar olaraq yarışda iştirak etməyəcək.

Qeyd edək ki, yığmamızdan əlavə, kişilərin yarışında ABŞ, Rusiya, Çin, İran, Misir, Polşa, İngiltərə, Hindistan və ev sahibi Qazaxıstan yığmaları mübarizə aparacaq.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/269742.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR