“Report” xəbər verir ki, Berlinin "Olimpiaştadion" stadionunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.
Oyunda hesab 25-ci dəqiqədə açılıb. Deyvi Zelke "Herta"nı hesabda irəli çıxardıb.
Bremen klubu matça əlavə olunmuş dəqiqələrdə məğlubiyyətdən yaxa qurtara bilib. Əlavə olunmuş 6-cı dəqiqədə komandanın 40 yaşlı perulu forvardı Klaudio Pisarro qol vuraraq komandanı xilas edib.
Hazırda "Verder" 31 xalla turnir cədvəlində 10-cu, "Herta" isə 32 xalla 9-cu pillədə qərarlaşıb.
