Ermənistanın xarici işlər naziri: "Məmmədyarovla dəhlizdə salamlaşa bilərik..."

Ermənistanın xarici işlər naziri: "Məmmədyarovla dəhlizdə salamlaşa bilərik..."
11:05 17 Fevral 2019
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Münhen təhlükəsizlik konfransı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqları davam etdirmək üçün ayrıca görüş planlaşdırmayıblar.

Milli.Az bildirir ki, Virtualaz.org TASS-a istinadla xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Z.Mnatsakanyan deyib.

"Biz ayrıca görüş planlaşdırmamışıq. Amma biz dəhlizdə görüşə bilərik, bizim nazir Məmmədyarovla görüşmək və salamlaşmaq kimi problemimiz yoxdur. Biz ayrıca görüş planlaşdırmamışıq, amma bu, o demək deyil ki, danışmağa mövzumuz yoxdur. İş davam edir", - Ermənistan XİN rəhbəri bildirib.

Bundan əvvəl Elmar Məmmədyarov jurnalistlərə bildirmişdi ki, Münhendə Ermənistan xarici işlər naziri ilə görüşü gözlənilir və bu görüşdə iki ölkə rəhbərləri arasında danışıqların razılaşdırılması məsələsi müzakirə oluna bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/731357.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR