Bakı. 1 may. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmi açıqlanıb. “Report” Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Fond yarandığı vaxtdan bu il mayın 1-dək Fonda 63 248 655 AZN, 211 791 ABŞ dolları və 593 avro vəsait yığılıb.
Beləliklə, bu ilin aprel ayında Fonda 752 984 AZN vəsait daxil olub.