Gənc tamaşaçılar: Batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışları çox maraqlı keçdi

Gənc tamaşaçılar: Batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışları çox maraqlı keçdi
20:15 17 Fevral 2019
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Cani Babayeva - Trend:

Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışları çox maraqlı keçdi.

Bunu Trend-ə gənc tamaşaçılar Mahir Məmmədli və Mehdi Əliyev deyiblər.

M.Məmmədli deyib: "Mən Milli Gimnastika Arenasına yarışları izləmək üçün çox gəlmişəm. Mən də batut gimnastikası ilə məşğul oluram, buna görə də idmançıların çıxışlarını böyük maraqla izləyirdim. Məşhur idmançıları izləyərkən, idmanda uğur qazanacağımı xəyal edirəm".

M.Əliyev deyib: "Ən çox xoşuma gələn gimnastların elementləri yerinə yetirdiklərini izləməkdir. Onlar səhv edəndə və yaxud onlarda bir şey alınmayanda məyus oluram".

Qeyd edək ki, Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan bu Dünya Kubokunda ümumilikdə 30 ölkədən 160-dan çox gimnast iştirak edib.

Azərbaycan təmsilçisi Mixail Malkin tamblinq yarışında gümüş medal qazanıb.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunub.

2019 və 2020-ci illərdə Tokio Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 6 Dünya Kuboku keçiriləcək. Paytaxtımız gələn il bu kuboklardan daha birinə də ev sahibliyi edəcək.

Xatırladaq ki, ötən il Bakıda 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə Avropa çempionatı, daha öncəki illərdə isə Dünya kubokları (2016-cı il 17 ölkə, 2017-ci il 15 ölkə) keçirilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3020860.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR