"Report" erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin saytı məlumat yayıb.
Tərəfin görüşün gedişatında Slovakiya ilə Ermənistan ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər. Görüşdə həmçinin ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına toxunulub.
Daha əvvəl ATƏT-in fəaliyyətdə olan sədri bildirib ki, beynəlxalq təşkilat Dağlıq Qarabağ münaqişəsinin həlli əsnasında yaranan müsbət məqamların yaratdığı imkanlardan yararlanacaq.