ABŞ Suriyadakı kürdləri hansı halda dəstəkləməyəcəyini açıqladı

ABŞ Suriyadakı kürdləri hansı halda dəstəkləməyəcəyini açıqladı
09:52 18 Fevral 2019
72 Dünya
Ölkə mətbuatı
A- A+

Əgər Suriya Demokratik Qüvvələri (SDQ) Suriya prezidenti Bəşər Əsəd və ya Rusiya ilə əməkdaşlığa başlasa, biz onlara kömək etməkdən imtina edəcəyik.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu bəyanatı ABŞ-ın Suriya və İraqdakı terrorçu qüvvələrlə mübarizə koalisiyasının komandanı, general-leytenant Pol Lakamer verib.

"Onlar bizim tərəfdaşlarımız olduqları müddətdə, biz SDQ qüvvələrinə təlim keçəcək və silahlandıracağıq",- deyə amerikalı general bildirib.

Lakamer bildirib ki, əgər SDQ hökumət qüvvələri ilə eyni cəbhəyə keçsə, ABŞ onlara yardım etməyəcək.

Qeyd edək ki, ABŞ və onun müttəfiqləri 2014-cü ildən bəri Suriya rəsmilərinin icazəsi olmadan bu ölkənin ərazisində İŞİD qüvvələrinə qarşı döyüşürlər.

Ötən ilin dekabr ayında Tramp ABŞ qoşunlarının Suriyadan çıxarılacağını bəyan etsə də, bu barədə ətraflı məlumat verilməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/731548.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR