240 minlik maşın hədiyyə edilən Afət bu dəfə qızılı ilə GÖZ QAMAŞDIRDI - FOTO

240 minlik maşın hədiyyə edilən Afət bu dəfə qızılı ilə GÖZ QAMAŞDIRDI - FOTO
14:12 18 Fevral 2019
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Son günlər dahi şair Nəsiminin "Sığmazam" qəzəlinin sözlərinə oxuduğu "Pəncu şeş" adlı qalmaqallı mahnısı ilə gündəmə gələn müğənni Afət Fərmanqızı "Zaurla Günaydın" proqramında qonaq olub.

Milli.Az xəbər verir ki, bu mahnı ilə uşaqdan böyüyə hər kəsin tanımağa başladığı müğənni verilişdə taxdığı qızıl əşyaları ilə diqqəti üzərinə çəkib.

Aparıcı Günay Baxşəliyeva "Bunların hamısı qızıldır?" sualı ilə müğənniyə müraciət edib.

Afət "Hə, ərəb qızılıdır. Bunlar hamısı gəldi gedərdir, amma mən sevirəm. Kim almaq istəyirsə, qızıl alıb hədiyyə edə bilər (gülür). Qadının yaraşığıdır" deyib.

Qeyd edək ki, Afətə 240 min manat dəyərində "Galenvagen" hədiyyə edilib.

Məhəmməd Vaqif
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/731658.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR