Amerikalı müğənni və aktrisa Cennifer Lopes 4-cü dəfə ailə qurmağa hazırlaşır.

45 yaşlı Cey Lo sevgilisi, 28 yaşlı rəqqas Kasper Smarta ərə gedəcək.
Milli.Az TMZ-yə istinadən bildirir ki, toyun bu ilin dekabr ayında olacağı bildirilir. Mərasimin Havay arxipelaqındakı adalardan birində və ya Puerto-Rikoda olacağı da vurğulanır.
Hollywoodlife-ın məlumatına görə, Cennifer Lopes toyuna milyonlarla dollar xərcləmək niyyətindədir.
"Cey Lo əmindir ki, Kasper misilsiz, əla ər olacaq. O, toyun ideal alınması üçün istənilən məbləği xərcləməyə hazırdır", - Cennifer Lopesin rəfiqələrindən biri söyləyib.
Cennifer Lopesin sabiq əri Mark Entoni ilə izdivacdan iki övladı var.
Müğənni əvvəllər ofisiant Ohani Noa, rəqqas Kris Cadd ilə də nikahda olub.
2011-ci ilin oktyabrından 2014-cü ilin iyununadək Kasper Smartla yaşayan Cey Lo ondan ayrılmış, amma mart ayında yenidən görüşməyə başlamışdı.
Milli.Az

Cennifer Lopes 4-cü dəfə ərə gedir - FOTO