Nüşabədən cavab: “Mən o səviyyənin adamı deyiləm”

Nüşabədən cavab: “Mən o səviyyənin adamı deyiləm”
10:47 20 Fevral 2019
114 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Nüşabə Ələsgərli bir müddət bundan əvvəl müğənni Afət Fərmanqızı arasında yaranan qalmaqala münasibət bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə "Ən yaxşısı" proqramında açıqlama verib.  Sənətçi həmkarı ilə qalmaqal yaşadığına görə qınanıldığını qeyd edib:

"Mən o səviyyənin adamı deyiləm. Onun öz, mənim isə öz çevrəm. Ayıb olan şeydir. Mənə dedilər ki, sən öz səviyyəni aşağı salma. Cavab verməyəcəm, eybi yoxdur, yanaram, gedib su da içərəm. Ancaq daha imkan verməyəcəm ki, kimsə adımdan istifadə etsin".

Qeyd edək ki, N. Ələsgərli Nəsiminin "Sığmazam" qəzəlinə mahnı oxuyan və tənqidlərə məruz qalan A. Fərmanqızına iradını bildirib.  O, ifaçının düzgün yolda olmadığını söyləyib. Buna əsəbiləşən Afət əməkdar artistə sərt cavab verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/732268.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR