Azərbaycan ekskursiya istirahəti üzrə MDB-nin ən yaxşı ölkələri reytinqinin ilk üçlüyündə

Azərbaycan ekskursiya istirahəti üzrə MDB-nin ən yaxşı ölkələri reytinqinin ilk üçlüyündə
01:50 22 Fevral 2019
100 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Rusiya turistləri üçün ekskursiya istirahəti üzrə MDB-nin ən yaxşı ölkələri reytinqinin ilk üçlüyündə yer alıb.

Trend-in məlumatına görə, bunu "TurStat" analitik agentliyi bildirib. Reytinq ekskursiya turları bazarının araşdırılması və internet sorğu əsasında hazırlanıb.

Ekskursiya istirahəti üzrə MDB-nin ən yaxşı ölkələri reytinqinin ilk üçlüyündə Belarus, Qazaxıstan və Azərbaycan yer alıblar. Dördüncü və beşinci sırada Özbəkistan və Ermənistan yer alıb.

Sorğunun nəticələrinə görə, Belarus 27 faiz, Qazaxıstan 22 faiz, Azərbaycan 16 faiz, Özbəkistan 12 faiz, Ermənistan isə 9 faiz səs toplayıblar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/tourism/3023218.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR