Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər.

Metbuat.az xəbər verir ki, fevralın 23-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Ağsu şəhərində vətəndaşları qəbul edib.

Dövlət Gömrük Komitəsinin sədri qəbuldan öncə ulu öndər Heydər Əliyevin Ağsu şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə güldəstəsi qoyub.

Qəbulda bölgədə yerləşən - Ağsu, Şamaxı, İsmayıllı və Qobustan rayonlarının sakinlərinin, eləcədə bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları, gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbulzamanı DGK sədri Səfər Mehdiyev hərbir vətəndaşın müraciətin diqqətlə dinləyib və qaldırılan məsələlərin qanun vericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.