Bakı. Trend:

Suriyanın Hama əyalətinin Vadi əl-Azib kəndində işçiləri daşıyan avtobus minaya düşüb.

Trend-in Suriyanın dövlət televiziyasına istinadən verdiyi məlumata görə, partlayış nəticəsində azı 24 nəfər həlak olub.

Qeyd edilir ki, avtobusun düşüdüyü mina İŞİD terror qruplaşmasının üzvləri tərəfindən qoyulub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin