"Report"un xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə S.Cəfərov 2 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, 2002-ci il təvəllüdlü S.Cəfərov Bakıda İraq vətəndaşı Al-Darraji Mohammed Abed Jiheelinin telefonunu quldurluq yolu ilə ələ keçirib.
Daha sonra o, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.