Amerikalı Hope Hovard 19 yaşında olarkən Amerika Hava Qüvvələrində vəzifəyə başlayıb və Orta şərqə göndərilib.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, uzun müddət Əfqanıstanda Hava Qüvvələri texniki olaraq fəaliyyət göstərən Hovard daha sonra hərbi fəaliyyətini buraxaraq yeni bir karyeraya başlayıb.
Hazırda “İnstagram” modeli olan Hovardın 854 min izləyici var. O, Əfqanıstandan sonra dünyaya çox fərqli gözlərlə baxdığını bildirib.
Hazırda 26 yaşında olan Hovard Əfqanıstan günlərindən “həyatımın ən pis və ən yaxşı təcrübəsi” sözləri ilə bəhs edib.



