Bu gün Gənclər və idman nazirliyinin təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində “5 Mart Bədən Tərbiyəsi və idman günü” ilə bağlı jurnalistlər arasında güllə atıcılığı çempionatı keçirilib.
Metbuat.az xəbər verir ki, ümumilikdə, 40-a yaxın media nümayəndəsinin iştirak etdiyi turnir gərgin mübarizə şəraitində keçib.
Nəticədə, Xəzər Televiziyasının əməkdaşı Sənan Abduallayev birinci, Azad Azərbaycan Televiziyasının əməkdaşı Yaşar Müseyibov ikinci, AZƏRTAC-ın əməkdaşı Hümbət Məmmədov üçüncü yerə layiq görülüblər.
Qaliblər Gənclər və idman nazirliyinin diplomları və pul mükafatı ilə təltif olunublar.