Bakı. 2 mart. REPORT.AZ/ Çin "Huawei" şirkətinin maliyyə direktoru Men Vançjounun ABŞ-a ekstradisiyasına başlamaq barədə qərarı ilə əlaqədar Kanadaya ciddi etirazını bildirib.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lu Kan deyib.
Kanada daha əvvəl "Huawei"ın maliyyə direktorunun ekstradisiyasına başlanması barədə qərar verib.