Müğənni Nura Suri “Ağladım” adlı yeni klipini təqdim
edib.
Publika.az xəbər verir ki, musiqisi və
sözləri meyxanaçı Ceyhun Ərkivanlıya aid olan mahnını "Whosein"
ləqəbli Orxan Hüseynli ekranlaşdırıb.
Bir gün çəkilişi baş tutan ekran işində modelyer Gülya
Vəkilovanın geyimlərindən istifadə olunub.
Bu dəfə klipdə müğənninin partnyoru Şuşa Teatrının aktyoru
Türkay Cəfərli olub. Onlar ekran işində bir-birindən ayrılmış iki
sevgilini canlandırıb.
Qeyd edək ki, müğənninin tərzi üzərində Syama Rəsulova, Telman
Heybətov və Babək Qədirov çalışıb.
Keyfiyyətli və bahalı ekran işinin çəkilişləri zamanı Suri
fotosessiya da etdirib. O, fotoqraf Məhəbbət Nəsirovun obyektivi
qarşısına keçərək pozlar verib.