Bakı. 6 mart. REPORT.AZ/ Vergilər naziri Mikayıl Cabbarov Dünya Bankının Azərbaycan üzrə meneceri Naveed Hassan Naqvinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
"Report" bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, görüşdə Dünya Bankının vergi üzrə missiyasının Azərbaycanın vergi sistemində islahatlar prosesinə texniki dəstək çərçivəsində əməkdaşlıq məsələləri, həmçinin bir sıra sahələrdə təlimlərin keçirilməsi müzakirə olunub.