Azərbaycan “Şərq Tərəfdaşlığı ölkələri üzrə innovasiya siyasəti indeksi”nə dair əlaqələndirici şəxslərin görüşündə təmsil olunub

Azərbaycan “Şərq Tərəfdaşlığı ölkələri üzrə innovasiya siyasəti indeksi”nə dair əlaqələndirici şəxslərin görüşündə təmsil olunub
19:35 6 Mart 2019
Ölkə mətbuatı
A- A+

5-6 mart tarixlərində Minsk şəhərində Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının (UNECE) təşkilatçılığı ilə “Şərqi Avropada və Qafqazda yenilikçi, yüksək artımlı müəssisələrin təşviqi” mövzusunda seminar təşkil edilib.
 
Eyni zamanda, bu gün Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının (UNECE) təşkilatçılığı ilə “Şərq Tərəfdaşlığı (Eastern Partnership) ölkələri üzrə innovasiya siyasəti indeksi”nə dair əlaqələndirici şəxslərin (Focal Point) görüşü keçirilib.
 
Belarus Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının ev sahibliyi etdiyi görüşdə Şərq Tərəfdaşlığı ölkələri üçün innovasiya siyasəti indeksinin əhatə etdiyi 6 dövləti (Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarusiya və Ermənistan) təmsil edən  Milli Əlaqələndiricilər iştirak ediblər.
 
Görüşdə Milli Əlaqələndirici qismində iştirak edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov öz çıxışında üzv dövlətlərdə mövcud innovasiya siyasəti, eləcə də innovasiya siyasətinin maraqlı tərəfləri kimi çıxış edən dövlət orqanları arasında koordinasiyasının qiymətləndirilməsi, innovativ ideyaların stimullaşdırılması və dəstəklənməsi sahəsində görülən işlər barədə məlumat verib.
 
Qeyd edək ki, “Şərq Tərəfdaşlığı (Eastern Partnership) ölkələri üzrə innovasiya siyasəti indeksi” layihəsinin məqsədi Şərqi Avropa və Qafqaz ölkələrindəki innovasiya siyasətinin, innovativ institutlar və proseslərin miqyas və keyfiyyətinin qiymətləndirilməsindən ibarətdir.
 




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-59570-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR