“Report” bu barədə özbək mətbuatına istinadən xəbər verir.
Məlumata görə, bu təyyarə ilə ilk uçuş Bakıya reallaşdırıb. Bu gün yerli vaxtla saat 13.40-da Daşkənd hava limanından qalxan təyyarə bir qədər əvvəl Azərbaycna paytaxtında yerə enib.
“Özbəkistan Hava Yolları"nın martın 11-də parkına əlavə etdiyi yeni layner müasir dizayna, fərdi ekranlarla təchiz edilmiş geniş və rahat oturacaqlara, daha güclü səsboğucu sisteminə malikdir. Onun mühərriki yanacağı daha səmərli işlədir. Birdəfəlik uçuş məsafəsi 6 min kilometr olan “Airbus A320neo” 12 nəfər biznes, 138 nəfər ekonom sinifdə olmaqla ümumilikdə 150 yerlik salona malikdir.
Aviaşirkət növbəti bu növ təyyarəni ölkəyə gələn ayın əvvəlində gətirməyi planlaşdırır.