Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında
hesabatın Milli Məclisdə müzakirəsi zamanı əlil olan tələbələrin
problemi qaldırılıb.
Publika.az xəbər verir ki, əlil tələbələrin problemini
Milli Məclisin komitə sədri, deputat Siyavuş Novruzov qaldırıb.
S. Novruzov təklif edib ki, əlil olan tələbələr ödənişli təhsil
haqqından azad edilsin:
“Bu tələbələrin yaxşı qidalanmaya, müalicəyə və həm də yaxşı təhsil almağa ehtiyacı var. Onlar bizə müraciət ediblər. Bilirlər ki, bu gün Nazirlər Kabineti Milli Məclisdə hesabat verir. Hesab edirəm ki, əlil tələbələrin ödəniş haqqının bir hissəsini hökumət, bir hissəsini onların təhsil aldığı universitetlər üzərinə götürsə, məsələ həll olunar. Mən həmçinin iş adamlarını, sahibkarları da bu prosesdə iştirak etməyə, xeyriyyəçiliklə məşğul olmağa dəvət edirəm”.