Azərbaycanın dövlət qurumlarının “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi elektron xidmətlərin sayı 417-yə çatıb. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, hazırda Nazirlər Kabinetinin təsdiq etdiyi 452 e-xidmətdən 333-ü portala inteqrasiya olunub. Ümumilikdə dövlət saytlarında yerləşdirilən elektron xidmətlərin sayı isə 481 olub. CAHANGİR