Azərbaycan, Bakı, 4 may /Trend, müxbir İlkin İzzət/

Qubada su kanalına yıxılmış şəxsin meyiti Xaçmazda çıxarılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 2-də Qusar rayonunun Mucuq-palasa kəndinin ərazisindən keçən Samur-Abşeron su kanalına yıxılmış Robert Fərzəliyevin meyiti mayın 3-də Xaçmaz rayonunun Əlməmmədoba kəndi ərazisindəki su kanalından çıxarılıb.

Faktla əlaqədar araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az