Avstriyada qalanan tonqal hündürlüyünə görə "Ginnesin rekordlar kitabı"na düşüb - FOTO

Avstriyada qalanan tonqal hündürlüyünə görə "Ginnesin rekordlar kitabı"na düşüb - FOTO
21:42 18 Mart 2019
Ölkə mətbuatı
A- A+

Avstriyanın ən qərbdə yerləşən Forarlberq əyalətinin Lustenau qəsəbəsi dünyanın ən hündür tonqalı ilə "Ginnesin rekordlar kitabı"na düşüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qəsəbədə qışın sona çatması münasibətilə təşkil edilmiş bayramda yandırılan tonqalın hündürlüyü 60,64 metr olub. Bununla da indiyədək dünyanın ən hündür tonqalı hesab edilən və 2016-cı ildə Norveçin Alesund şəhərində yandırılan 47 metr hündürlüyündə tonqal birinciliyi əldən verib.

On mindən artıq şəxs 100 ton odundan quraşdırılmış tonqalın yandırılmasını izləyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/740055.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR