"O insanlarla İŞİD arasında fərq yoxdur" - Ərdoğandan sərt sözlər

"O insanlarla İŞİD arasında fərq yoxdur" - Ərdoğandan sərt sözlər
09:47 20 Mart 2019
73 Dünya
Ölkə mətbuatı
A- A+

Yeni Zelandiyada terror aktlarının təşkilatçıları və İŞİD arasında fərq yoxdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "The Washington Post" qəzeti üçün məqaləsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yazıb.

T.Ərdoğan bildirib: "Dəfələrlə terrorçuluğun dini, dili və irqinin olmadığını vurğulayan lider kimi, mən ötən həftə baş verən terrror hücumlarını əxlaqla və ya xristianlığın prinsipləri ilə əlaqələndirmək cəhdlərini qətiyyətlə rədd edirəm. Hər halda, Yeni Zelandiyada baş verənlər avamlıq və nifrətin fəlakətli məhsulu idi".

Türkiyə prezidenti qeyd edib ki, Yeni Zelandiyada günahsız insanları qətlə yetirənlərdə Türkiyədə, Fransada, İndoneziyada və digər yerlərdə terror aktları törədənlər arasında heç bir fərq yoxdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/740488.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR