Elçin Quliyev "Novruz" bayramını iranlı həmkarı ilə

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev Novruz bayramını İrandan olan həmkarı ilə birlikdə qeyd edəcək.

Bu barədə Metbuat.az-a DSX-dən bildirilib.

Məlumata görə, martın 20-dən 21-nə keçən gecə Elçin Quliyevin və İranın Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayinin rəhbərliyi altında nümayəndə heyətləri Novruz bayramını dövlət sərhədinin Biləsuvar istiqamətində birgə qeyd edəcəklər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR