Uşaq pulunun bərpası ilə bağlı nazirlikdən RƏSMI AÇIQLAMA: Apreldə...

Uşaq pulunun bərpası ilə bağlı nazirlikdən RƏSMI AÇIQLAMA: Apreldə...
19:58 21 Mart 2019
210 Ölkə
Ölkə mətbuatı
A- A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) aprelin 1-dən ailələrə uşaqpulu veriləcəyi barədə yayılan məlumatlara münasibət bildirib.

Publika.az xəbər verir ki, Nazirlikdən "Report”a verilən məlumata görə, gələn aydan ailələrə uşaqpulu veriləcəyi barədə məlumatlar həqiqəti əks etdirmir:

"Bugünlərdə sosial şəbəkələrdə heç bir rəsmi mənbəyə istinad olunmadan, guya gələn aydan ailələrə uşaqpulu veriləcəyi barədə yalan məlumat yayımlanıb. Bu məlumata heç bir halda inanmayın!”

Qeyd edək ki, yayılan məlumatlarda ailələrdə 3 yaşa kimi olan uşaqlara 80 manat, 3-7 yaşa kimi olan uşaqlara 50 manat, 7-17 yaşa kimi olanlara isə 40 manat veriləcəyi əks olunub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/273361.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR