Macarıstanda İŞİD terror qruplaşmasının üzvü saxlanılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda ölkənin Baş prokurorluğunun saytında yerləşdirilən məlumatda deyilir.

O, edamlar həyata keçirirdi. Hüquq-mühafizə orqanlarının məlumatına görə, kişi 2016-cı ildən İŞİD-lə əməkdaşlıq edirdi. Bundan başqa, o, Homs şəhərində kütləvi edamda iştirakda şübhəli bilinir.

Saxlanılan 20 dinc sakini qətlinə cəlb olunmuş ola bilər.

Şübhəli şəxs 30 dekabr 2018-ci ildə saxta sənədlərə görə Budapeşt aeroportunda saxlanılıb. Onu Yunanıstana deportasiya etmək istəyirdilər. Ancaq daha sonra Belçikayla əməkdaşlıq zamanı Macarıstan hakimiyyəti onun İŞİD-lə əlaqələri haqqında informasiyanı əldə edib.