İŞİD olmayıb, MKİ ilə ingilislər... - Ağ Evə CAVAB

İŞİD olmayıb, MKİ ilə ingilislər... - Ağ Evə CAVAB
03:03 23 Mart 2019
115 Digər
Ölkə mətbuatı
A- A+

Suriyanın BMT-dəki daimi təmsilçisi Bəşər Cəfəri ABŞ-ın İŞİD-in Suriyadan tamamilə təmizlənməsi ilə bağlı açıqlamasını “uydurma” adlandırıb.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, suriyalı diplomat ABŞ-ın İŞİD-lə bağlı bütün açıqlamalarının həqiqəti əks etdirmədiyini bildirib.

“Bu bir uydurmadır. İŞİD adlı bir şey onsuz da yoxdur. Əvvəlcə adından başlayaq. Ona "islam dövləti" deyirlər, ancaq belə bir dövlət heç vaxt olmayıb. Nə islamla bir əlaqəsi var idi, nə də dövlət idi. Bu, sadəcə bütün dünyadan gələrək qonşu ölkələrlə sərhəddən Suriyaya daxil olan və MKİ ilə ingilislər daxil olmaqla, xarici kəşfiyyat idarələri tərəfindən maliyyələşdirilən bir qrup terrorçu idi. Suriyada İŞİD hələlik məğlub edilməyib. İŞİD-ə qarşı mübarizə aparan ABŞ və müttəfiqləri deyil, Rusiya və Suriyadır”.

Qeyd edək ki, bundan əvvəl Ağ Ev sözçüsü Sara Sanders İŞİD-in Suriyadan tamamilə təmizləndiyini açıqlamışdı.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/273451.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR